bazar ertəsi 2 mart 2026 - 13:46
Həzrət Ayətullah Xameneinin pak qanı düşmənləri alçaldacaq, xalq isə milli birliyi qoruyacaq

Ayətullah Şəbzendedar xalqa birlik və uzaqgörən olmağı tövsiyə edərək bildirib: Bu müsibətlər qarşısında möhkəm, qətiyyətli və səbirli olmalı və haqq yolunda addım atmağı unutmamalıyıq. Bu çətinliklər və sınaqlar bizi bu yolu davam etməkdən ümidsiz etməməlidir.

Ayətullah Məhəmməd Məhdi Şəbzendedar Hövzə Xəbər Agentliyinə verdiyi müsahibədə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) şəhadəti münasibətilə dərin kədər və hüznlə bütün müsəlmanlara başsağlığı verərək bildirib: Bu böyük və ürək parçalayan müsibət, bütün müsəlmanlara, xüsusilə şiələrə, eləcə də Əhli-Beyt (ə) tərəfdarlarına və dünya məzlumlarına böyük kədərə səbəb oldu. Onlar ümid edirdilər ki, Ali Məqamlı Rəhbərin sayəsində inşallah İslamın düşmənləri üzərində qələbə qazana biləcəklər.

Elmi hövzələr üzrə Ali Şuranın üzvü bu ağır itki münasibətilə başda İmam Zaman (ə.f) olmaqla, bütün müsəlmanlara, o cümlədən dövlət məmurlarına və silahlı qüvvələrə başsağlığı verib. O, xüsusi mərhəmət ayı olan mübarək  Ramazan ayında dua edərək uca Allahdan bu qanın yerdə qalmamasını istəyib.
Elmi hövzələr üzrə Ali Şuranın katibi əlavə edib: Allahdan isdəyimiz budur ki, şəhadət şərbəti içərək Allah yolunda şəhid olanlar uca Allahın rəhməti ilə ən uca məqamlarda, eləcə də İslam Peyğəmbəri (ə) və ilahi övliyalar ilə birlikdə cənnətdə məşhur olsunlar. Allah bu əzəmətli xalqın hüznlü qəlblərinə səbr və aramlıq nazil eləsin.

Ayətullah Xamenei möminlərin qəlbində sarsılmaz bir nümunə oldu və onun pak qanı dövrümüzün ən zalım şəxslərinin əliylə axıdıldı.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin üzvü davamında İslamın çətin və enişli-yoxuşlu tarixçəsinə və problemlərə qarşı müqavimətinə işarə edərək qeyd edib: İslam ilk günlərdən etibarən çoxsaylı çətinliklərlə üzləşmişdir. Məhəmməd Peyğəmbərin (s) dövründə müqəddəs Məkkə şəhərindəki məsələlər, Şəəb Əbu Talibd bölgəsində keçirilən bir neçə il, sonra Mədinə şəhərinə hicrət və çoxsaylı müharibələr, həmçinin İmam Hüseyn  (ə) kimi yaxınların itirilməsi hamısı bu hadisənin bariz nümunəsidir.

Elmi hövzələrin Ali Şurasının katibi əlavə edib: "Möminlərin Əmiri Əlinin (əleyhissəlam) dövründə də o böyük şəxs İslam yolunda çoxsaylı müsibətlərə dözmüşdür. Bundan sonra, həzrət Fatimənin (səlamullah əleyha), İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadəti və o əzəmətli müsibət, yəni Seyidüş-Şüəda İmam Hüseynin (əleyhissəlam) şəhadəti və Əhli-beytinin əsir alınması baş vermişdir.

O, həmçinin vurğulayıb ki, Ayətullah Xamenei möminlərin qəlbində sarsılmaz bir nümunə oldu və onun pak qanı dövrümüzün ən zalım şəxslərinin əliylə axıdıldı.

Bu pak qan, Allahın izni ilə İslam düşmənlərini alçaldıb məhv edəcəkdir. Bu qan, İslamı, müsəlmanları, həmçinin Əhli-Beyt (ə) tərəfdarlarını inşallah qalib və uca edəcəkdir.

Mübariz və imanlı insanlar üçün bu sınaq və çətinliklərdən çıxış yolu olaraq “ilahi övliyalara itaət və onların yolunu getməkdə” gördüyünü bildirib. Biz belə müsibətlərdə Əhli-Beytin (ə) və onların tərəfdarlarının yoluna və həyatına uyğun hərəkət etməliyik.

Ayətullah Şəbzendedar Kərbəla hadisəsindən nümunə gətirərək deyib: Bu müsibətləri izləyərkən, tarixdə həzrət Zeynəb Kübranın (s.ə) çətinliklər qarşısında necə möhkəm dayandığının şahidi oluruq. O, böyük şəxsiyyətli xanımın belə dediyi nəql olunur : "Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim." «ما رایت الا جمیلا» Çünki bu yol, haqq yoludur, Allah yoludur və bu  yolda İslam dininin yüksəlişi vardır. Elə buna görə də hər şey gözəldir.

 İran xalqına tövsiyə: Belə çətin dövrlərdə birlik və həmrəyliyi qoruyaraq sarsılmaz və möhkəm dayanaq.

Ayətullah Məhəmməd Məhdi Şəbzendedar İran xalqına birlik və diqqətli olmağı tövsiyə edərək bildirib: Ölkəmizə qarşı düşmənlərin, o cümlədən cinayətkar Amerika və İsrailin, eləcə də digər zülmkarların törətdiyi təxribatlar əslində İslama qarşı mübarizədir. Onlar İslamın yolunu kəsmək və Əhli-Beyt (ə) tərəfdarlarına, eləcə də bütün müsəlmanlara mane olmaq istəyirlər.

O, düşmənlərin son günlərdə törətdikləri cinayətlərə toxunaraq qeyd edib ki, bu dövrlərdə düşmənlər açıq şəkildə İslama hörmətsizlik etmiş, müqəddəs Qurani-Kərimi yandırmış və bir çox vəhşiliklərə əl atmışlar ki, bunları təsəvvür etmək belə çətindir.

Ayətullah Şəbzendedar xalqa tövsiyə edərək bildirib ki, bu müsibətlər qarşısında möhkəm dayansınlar, sabitqədəm və səbirli olsunlar və haqq yolunda irəliləməyi unutmamalıdırlar. Bu çətinliklər bizi yolumuzdan döndərməməli, zəiflik və təslim olmağa yol verməməliyik. Əksinə, bütün güc və diqqətimizlə yolumuza davam etməliyik.

Hazırkı vəziyyətdə İnqilabın ideallarına sadiqlik və möhkəmliyin vacibliyini

Ayətullah Şəbzendedar hazırkı vəziyyətdə İnqilabın ideallarına sadiqlik və möhkəmliyin vacibliyini Qurani-Kərim ayələrinə istinad edərək belə izah edib: Müqəddəs Qurani-Kərimin Ali İmran surəsinin 144-cü ayəsi bu çətin şəraitdə örnək almağımız bizim üçün gözəl bir nümunə vardır. Allah-Təala bu mübarək ayədə belə buyurub:

«وَ مَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَی أَعْقَابِکُمْ»
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz?” (Ali İmran surəsi, 144-cü ayə)

Ayətullah Şəbzendedar bu ayəni şərh edərək qeyd edib: Allah-Təala ardından bu ayəni nazil edərək buyurub: 

«وَ مَنْ یَنْقَلِبْ عَلَی عَقِبَیْهِ فَلَنْ یَضُرَّ اللَّهَ شَیْئاً»
"Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz."
Əgər kimsə Ali Məqamlı Rəhbərin şəhid olmasına görə doğru olan yoldan dönərsə, Allaha heç bir zərər yetirməz. Yalnız özünüzə zərər verib və əziyyət çəkəcəksiniz.

Qəyyumlar Şurasının üzvü, ayənin davamına diqqət çəkərək vurğulayıb:
وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ
Allah şükür edənləri mükafatlandırar.
Yəni, Allahın nemətlərinə şükür edin, rəhbərinizi itirsəniz də haqq yolundan dönməyin, doğru yolda qalıb Allahın verəcəyi ən gözəl mükafatlara nail olun. Şakir və Şəkür olan Allah sizi mütləq ən gözəl şəkildə mükafatlandıracaq.

Ey əziz xalq, bu yolda davam edin

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyinin üzvü iman və Allahın vədlərinə etimadını vurğulayaraq bildirib: Biz Allahın vədlərinə inanırıq. Allah-Təala öz əhdinə sadiqdir və ondan daha yüksək səviyyədə vədlərinə əməl edən yoxdur.

O, əlavə edib: Ey əziz xalq, ey İslama sadiq xalq, ey İranı sevənlər və ey şəhid Ayətullah Seyid Əli Xameneini sevənlər! Bu yolu davam etdirərək möhkəm dayanın, eləcə də düzgün startegiya və inqilabçı mövqelərinizi açıqlayaraq müxtəlif inqilab səhnələrində iştirak edin. İran İslam Respublikasının müqəddəs dövlət və qanunlarına sədaqətinizi nümayiş etdirərək, eləcə də bu müqəddəs ayəni əsas tutaraq  hərəkət edin və əmin olun ki, inşallah, Allah-Təala bu yolda sizə zəfər nəsib edəcək. 

Allah Quranda buyurur:

وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
 
Ayətullah Şəbzendedar hazırkı həssas dövrdə milli həmrəyliyin qorunmasının vacibliyini vurğulayaraq bildirib: Bu məqamda hər birimiz üçün vacibdir ki, toplumda parçalanma, ayrı-seçkilik və ikitərəfli bölünmələrdən uzaq duraq. Şükürlər olsun ki, xalqımız həmrəydir. Buna görə də böyük fəqih və mərcəyi-təqlidlərin göstərişlərinə tabe olmaq insana çətinlik zamanı çıxış yolu göstərir.

Şübhəsiz ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərini itirmək böyük bir boşluqdur və bunu doldurmaq həqiqətən çətindir.

Qum Elmi hövzələrinin Ali Şurasının üzvü bu itkini izah edərək bildirdi: Bu hadisə böyük bir ədalətsizlikdir, lakin rəhbərliyin İslamdakı yerini də vurğulamaq lazımdır. Məşhur bir hədisdə buyurulur: 
 «مَوْتُ الْمُؤْمِنِ الْفَقِیهِ ثُلْمَةٌ فِی الْإِسْلَامِ لَا یُسَدُّهَا شَیْءٌ»

«Alimin ölümü İslamda doldurulmaz bir boşluqdur.» 
Yəni Alimin ölümü İslamda heç bir şeyin doldura bilməyəcəyi bir çatışmazlıqdır. Şübhəsiz ki, Ali Məqamlı Rəhbərin (Allah rəhmət eləsin) şəhid olması belə bir böyük boşluqdur və bunun doldurulması həqiqətən çətindir.

O, əlavə edib: Bu, bizim ümidsiz olmağımız və yolumuzdan dönməyimiz mənasına gəlmir. Belə hadisələr İslam tarixində çox baş verib. Bizim məsum imamlarımız (ə) şəhid olublar, lakin onların yolu davam etdirilmişdir.

Ayətullah Şəbzendedar həmçinin İmam Zamanın (ə.f) İslam İnqilabına olan xüsusi diqqətini vurğuladı: Şükürlər olsun ki, bizim ölkə və xalqımız İmam Zamanın (ə.f) xüsusi diqqəti altındadır. İmam Zaman (ə.f) bu İnqilabın və zəfərinin əsasını təşkil etmiş və öz duaları, şəfaəti ilə İslam İnqilabının uğurlu olmasına səbəb olmuşdur. Bizim Ali Məqamlı Rəhbərimiz də onun fədaisi olmuş, eşq ilə onun xidmətində fəxr etmiş və bütün əməllərini İmam Zamanın (ə.f) razılığını əldə etmək üçün xalis şəkildə yerinə yetirmişdir.

Ayətullah Şəbzendedar qeyd edib: Biz tam əmin olmalıyıq ki, İmam Zaman (ə.f) inşallah öz nəzərini bizdən əsirgəməyəcək, və Allahın ona verdiyi güc və şəfaəti ilə bu ölkənin düşmənlərin əlində qalmasına icazə verməyəcəkdir.

Qum Elmi hövzələrinin Ali Şurasının üzvü yekunda əlavə edib: 

Zəfərlər İnşallah yaxınlaşır.
أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ

Məgər səhər yaxın deyilmi?
Allah bu müqəddəs Ramazan ayının hörmətinə ölkəmizi tam əmin-amanlıq sahilinə çıxaracaq və böyük İslam İnqilabını öz məqsəd və ideallarına çatmasında yardım edəcəkdir.

Mən Allahdan öz vəzifələrimizi başa düşüb və onları yalnız Allah rızası üçün yerinə yetirməyi diləyirəm.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha